DNT Uca Rəbbimizin yaratma sənətinin bir nümunəsidir

Sayt boyunca bəhs etdiyimiz DNT-nin fəaliyyətlərini və hüceyrə içində olanları belə düşünək: Hüceyrəni meydana gətirən molekulların beyinləri yoxdur, amma bir yerə gəlib məqsədəuyğun qərarlar verir, vəziyyətə görə strategiya izləyir, təhlükələrə qarşı tədbirli davranırlar. Yaddaşları yoxdur, amma dostlarını və düşmənlərini tanıyır, ona görə üsul izləyir, lazımlı olanı, lazımsızı, faydalı olanı, faydasızı ayırd edirlər. Bir tərəfdən fəaliyyətlərini edib, bir tərəfdən də israfa, çirkliliyə icazə vermir, məhsuldar çalışır və işlərinin ardınca ətraflarını təmizləyirlər. Digər tərəfdən davamlı olaraq xəbərləşir  və uyğun bir qrup əməliyyatı edirlər. Ortaq bir qərar verib hərəkət edə bilir, nə zaman hara getmələri lazım olduğunu, hansı problemi necə həll etmələri lazım olduğunu bilirlər. Hüceyrə içində müxtəlif nizamlar qururlar, məlumat saxlayır, lazım olduqda bu məlumatı istifadə edir, köçürür, tərcümə edirlər ... Bütün bunları yatmadan, istirahət etmədən sürətlə edirlər. Qısaca, sizin edə bilməyəcəyiniz fəaliyyətləri, fövqəladə bir müvəffəqiyyətlə, üstün bir ağıl göstərərək edirlər. Məhz bütün bunları edən hava, torpaq və ya sudakı kimi atomlardan ibarət olan şüursuz molekullardır. Ancaq Allahın diləməsiylə bu atomlar canlılığı yaratmaq üçün müəyyən bir nizamla bir yerə gəlir və Uca Rəbbimizin istiqamətləndirməsiylə şüurlu davranışlar edirlər.


Charles Darvin isə XIX əsrin cəhalətiylə həyata belə baxırdı: "Çox sadə bir başlanğıcdan sonsuz şəkildə ən gözəl möcüzələr meydana gəldi və indi təkmilləşirlər." Darvin xüsusi yazışmalarında da, ammonyak və fosfor duzları, işıq, istilik, elektrik və başqalarının olduğu kiçik, isti bir göldə, həyatın özbaşına meydana gəldiyini irəli sürmüşdü. Məhz Darvin üçün həyatın mənşəyi belə sadə idi. Ancaq Darvinin yolunu izləyənlər bu düsturu-hətta daha inkişaf etdirilmiş hallarını-dəfələrlə tətbiq etmələrinə baxmayaraq, bir canlının ən kiçik hissəsini belə əldə edə bilmədilər. Darvinistlər bu düsturu istədikləri qədər vəsait ilə istədikləri müddət boyunca təkrar etsələr də, nəticə yenə dəyişməyəcək. "Canlılığı Allahın yaratdığı" xaricində bir nəticəyə heç bir zaman çata bilməzlər. Heç şübhəsiz, Darvin də "DNT-ni bilsəydi", belə böyük bir axmaqlığın altına imzasını atmazdı.


Lakin Darvini kor-koranə izləyən bir çox elm adamı hələ də həyatın mənşəyinə xəyalpərəstcə baxmağa davam edirlər. Əlbəttə ki, bu xəyallar darvinistlər üçün hər dəfə özü ilə xəyal qırıqlığını da gətirir. Çünki darvinizm heç bir zaman bir elm olmamışdır. Bir çox elm sahəsi vardır, lakin darvinizm yalnız xəyallara, ön mühakimələrə və yalanlara söykənən bir fəlsəfədir.


Ağıl və vicdan sahibi hər insan bədənindəki mükəmməl sistemlərin şüursuz atomlar tərəfindən öz-özünə meydana gələ bilməyəcəyini təqdir edəcək. Allahın izni və məlumatı olmadan, nəinki bir insanın yürüməsi və ya danışması, həmçinin, o insanın tək bir hüceyrəsindəki bir molekul hissəsinin hərəkəti belə mümkün deyil. İnsan bədənində trilyonlarca hüceyrənin hər birində fasiləsiz işləyən sistemlər, insana Allahın sonsuz ağlını, elmini, gücünü, yaradılışındakı sonsuz mükəmməlliyi göstərir. Qaldı ki, sonsuz mərhəmət sahibi Rəbbimizin varlığının dəlilləri yalnız bu kiçik molekulda-DNT-də-deyil, kainatın hər nöqtəsində sərgilənir. Bir Quran ayəsində belə bildirilir:

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”. (Rad surəsi, 16)