Müəllif haqqında

ADNAN OKTARIN HƏYATI VƏ ƏSƏRLƏRİ

Hörmətli Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur və orta təhsilinin sonuna qədər Ankarada yaşamışdır. İslam əxlaqına olan bağlılığı məktəb illərindən çox gücləndi. Bu dövrdə böyük İslam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyaraq, İslam haqqında dərin məlumat əldə etdi. Yenə bu illərdə, İslam əxlaqını bütün insanlara izah etməyə və onları doğruya və yaxşılığa dəvət etməyə qərar verdi.

1979-cu ildə minlərlə şəxsin arasından üçüncülüklə qəbul olduğu Memar Sinan Universitetində təhsilinə davam etmək üçün İstanbula köçdü. Sənəti Allah’ın üstün yaratmasının bir təzahürü olaraq görən hörmətli Oktar rəsim çəkməkdə uşaqlığından bəri qabiliyyətli idi və zaman-zaman çox gözəl və qəribə cədvəllər hazırlayırdı. Yoldaşlarına hədiyyə olaraq verdiyi bir çox cədvəli vardır. Bundan əlavə, Allah’ın sənətinin bir təzahürü olaraq gördüyü heyvanlara, bitkilərə və çiçəklərə də xüsusi marağı olan hörmətli Adnan Oktarın maraqlandığı sahələr arasında bağçılıq, daxili arxitektura və dekorasiya sahələr də vardır.

Hörmətli Adnan Oktarın babası Ömər Bəyin babası Bəslən Aslan Kasayevin mənşəyi Noqay Xanlığına söykənir. Bəslən Aslan Kasayevin ailəsi Arslanoğulları olaraq da tanınır. Arslanoğulları 1827-ci ildə Qafqaz Qubernatorluğu üçün hazırlanan bir sənəddə adı çəkilən 21 seyid ailəsindən biridir.

Davamı...