Bizə məlum ən inkişaf etmiş məlumat bankı DNT

 İnkişaf etmiş elmin aşkar etdiyi həqiqət canlıların əsla təsadüflərlə ortaya çıxa bilməyəcək qədər qüsursuz bir nizama və son dərəcə kompleks quruluşlara sahib olmasıdır. Bu isə canlıları üstün güc və elm sahibi olan Rəbbimizin yaratdığının açıq-aşkar bir sübutudur. Yaradıcımız olan Allahın varlığını inkar edərək təsadüflərə bel bağlayan təkamül nəzəriyyəsi ortaya atıldığı tarixdən bu yana, ən sarsıdıcı zərbələrdən birini molekulyar biologiya sahəsindəki uğurlarla birlikdə almışdır. Çünki molekulyar biologiya canlıların mənşəyinin guya sadə quruluşlu olduğunu söyləyən darvinizmin iddialarını mübahisəsiz dəlillərlə kökündən çürüdür. Elm adamları hüceyrə içində "molekulyar maşın" olaraq ifadə etdikləri kompleks quruluşları kəşf etdikcə, bunların təsadüflər nəticəsində əmələ gəlmədiyini açıq-aşkar görmüşlər.


Bu quruluşlardan biri 1950-ci illərdə elektron mikroskopunun icadıyla kəşf edilən hüceyrənin məlumat bankı DNT-dir. DNT hər hüceyrədə möhtəşəm bir nizama sahib nəhəng bir molekuldur. Bu uzun molekul zənciri üzərində o hüceyrənin və hüceyrənin aid olduğu canlının bütün fiziki və kimyəvi quruluşuna aid məlumatlar şifrələnmişdir. Lakin hüceyrənin içində belə bir məlumat bankının  olması tək başına bir şey ifadə etməz. Bu məlumat bankının içindəki məlumatların lazımi şəkildə oxunması və əldə edilən məlumatlara görə istehsal edilməsi zəruridir. Cansız maddələrin şifrə yazması, şifrə həll etməsi, mərhələli tədbirlər götürməsi, əlindəki məlumata zərər gəlməməsi üçün sistem qurması mümkün deyil. Bunları torpaqdakı elementlərdən meydana gələn molekulların öz-özlərindən etməsi gözlənilə bilməz. Ancaq darvinistlər təkamül nəzəriyyəsinə elə qəti bir mühafizəkarlıqla bağlıdırlar ki, incəliklərinə sonrakı hissələrdə toxunacağımız bu həqiqəti inkar edirlər. Hər şeyin təsadüfən meydana gəldiyinə özlərini və digər insanları inandırmaq üçün ağıl və məntiqə zidd olan, elmdən tamamilə uzaq iddialarını israrla müdafiə edirlər. Ancaq Nobel mükafatı laureatı bioloq və DNT-ni kəşf edən elm adamlarından biri olan Fransis Krik özü də təkamülçü olmasına baxmayaraq, Life Itself (Həyatın özü) adlı kitabında həqiqətləri belə qəbul etmişdir:


"Bu gün sahib olduğumuz məlumatlar əsasında dürüst bir adam ancaq bunu deyə bilər: Bir mənada həyat möcüzəvi bir şəkildə ortaya çıxmışdır."


Təkamülçü fikirləri ilə tanınan Riçard Daukins isə hüceyrə içində gizli olan bu kompleksliyi bu ifadələrlə dilə gətirmişdir:


"Fizika kitabları kompleks ola bilər, amma... bir fizika kitabının izah etdiyi obyekt və faktlar o kitabın yazarının bədənindəki tək bir hüceyrədən daha sadədir. Və bu yazar bir çoxu bir-birindən fərqli, incə bir memarlıq və qüsursuz bir mühəndislik ilə bir kitab yaza biləcək qabiliyyətdə işləyən maşın halında təşkil olunmuş trilyonlarla hüceyrədən meydana gəlmişdir... Tək bir insan hüceyrəsində Britaniya Ensiklopediyasının otuz cildi, hətta 3-4 qat çox məlumat bazası mövcuddur."


20-25 il əvvəl masanızda bir CD tapsaydınız, bu cisimlə ilk dəfə qarşılaşmağınıza baxmayaraq, bu cismin varlığını heç bir şəkildə təsadüflərlə açıqlamağa çalışmazdınız. İncə və dümdüz yumru bir plastik parçası olsa belə, şəklindəki düzlük sizə bunun müəyyən bir məqsədlə, ağıl və məlumat sahibi bir insan tərəfindən hazırlandığı göstərir. Bunun planını çəkən, bunu emal edən və masanıza qoyan adamı görməsəniz də, metal və plastik vasitələrinin öz-özlərinə, təsadüfən belə qüsursuz bir şəkil aldığını iddia etməzsiniz.


Bir də bu cismin quruluşunu ətraflı araşdırdığınızı və üzərində girinti və çıxıntılardan ibarət olan "0" və "1" rəqəmləri ilə kodlanmış məlumatlar olduğunu öyrənsəniz, nə düşünərdiniz? İlk baxışda düz bir yumru əşya kimi görünməsınə baxmayaraq, bu disk bir stadion böyüklüyündə genişləndirsən, üzərindəki girintilər təxminən bir qum dənəsi böyüklüyündə olacaq. 4 Bütün bu girinti çıxıntılar, yazı, səs və görünüş ehtiva edən kodlaşdırılmış məlumatlardır. Bu yumru vəsaitin içinə onlarla kitabın məlumatının yerləşdirilməsi, şübhəsiz burada ağıl və elm sahibi insanların əməyinin olduğunu açıq-aşkar ortaya qoyur və kimsə də bunun əksini iddia edə bilməz. Tam tərsinə burada çox üstün bir texnologiyanın olması - məlumatın sıxışdırılmış bir həcmdə yazılması, şifrələnməsi, saxlanması kimi mərhələlər- sözü gedən CD-nin şüurlu bir şəkildə var olduğunun, bir məqsəd üçün hazırlandığının dəlilləridir.


Ancaq düz bir plastik parçası üçün təsadüf iddiasiını qeyri-mümkün görən bəzi insanlar DNT-dəki mükəmməl yaradılış qarşısında eyni dürüstlüklə danışmazlar. Minlərlə cildlik ensiklopediyanı əhatə edən məlumatların gözlə görülməyən bir ölçüyə, ən ideal şəkildə sıxışdırıldığı və şifrələndıyi DNT molekulunun təsadüf əsəri olaraq meydana gəldiyini irəli sürərlər. Qaldı ki, bir CD-ni hazırlayan və içinə məlumatları yazan insanın beyni də, DNT-nin təşkil etdiyi məlumatlar sayəsində funksiyasını icra edən hüceyrələrdən meydana gəlmişdir. Bunun məntiqsizliyi ortadadır. Necə ki, bir CD-nin içindəki məlumatların kimlərsə tərəfindən oraya yazıldığını düşünülürsə, bundan daha üstün olan, əhatəli bir məlumat bankını ehtiva edən DNT də üstün bir ağılın, yaradılışın varlığını göstərir. Bu ağıl Uca Rəbbimizin sonsuz ağılıdır. DNT yaradılışındakı üstünlüyü XX əsr texnologiyası ilə qavraya bildiyimiz, Allahın bir möcüzəsidir. Rəbbimiz yaratdığı varlıqların məqsədini bir ayədə belə bildirmişdir:

 

Allah yeddi göyü və yerdən də onların bənzərini yaratdı. Əmr, bunların arasında dayanmadan enər; sizin həqiqətən Allahın hər şeyə güc çatdırdığını və həqiqətən Allahın elmiylə hər şeyi əhatə etdiyini bilməyiniz, öyrənməyiniz üçün. (Talaq surəsi, 12)