Kainatin dərinliklərindən DNT molekuluna

Bu saytın mövzusu olan DNT adi gözlə görülməsi mümkün olmayan hüceyrələrimizin məlumat bankıdır. Ətrafımızdakı canlılara aid məlumatlar canlıların hüceyrələrinin hər birinin içindəki "DNT" adlanan bu məlumat bankında saxlanılır. Bir gülün, bir portağalın, bir sərçənin, bir pələngin, ya da bir insanın bütün xüsusiyyətləri, onları meydana gətirən hüceyrələrin nüvələrində olur. Kitabı tutduğunuz əlinizə bir baxın. Əlinizi meydana gətirən milyonlarla hüceyrənin hər bırində də bu məlumat anbarları mövcuddur.


Bu kitabdakı məlumatlar gözlə görülməyəcək qədər kiçik, ancaq məzmunu və daşıdığı məlumat baxmından, on minlərlə kıtabdan ibarət olan bir kitabxana ölçülərindəki molekullar haqqındadır. Kitab boyu bir tərəfdən ancaq bir neçə milyon dəfə böyüdərək müşahidə edə bildiyimiz DNT-nin möcüzəvi tərəfini araşdıran zaman bir tərəfdən də canlıların bu cür kiçik ölçüdəki bir parçasının təkamül nəzəriyyəsini necə çıxılmaz vəziyyətə saldığını görəcəyik. Bu qeyri-adi quruluşu araşdıran zaman aləmlərin Rəbbi olan Allahın sonsuz böyüklüyünü, elminin bənzərsizliyini, genişliyini və Onun yaratdıqları üzərindəki hakimiyyətini daha dərindən düşünmə imkanı tapacağıq.


Ancaq XX əsrdə kəşf edilən DNT-ni araşdırmadan əvvəl qısaca içində yaşadığımız və hər keçən gün yeni bir sahəsi kəşf edilən kainatı düşünək. Bir-birlərindən yüz minlərlə işıq ili uzaqlıqdakı milyardlarla qalaktika... Genişliklərini qavramaqda çətinlik çəkdiyimiz qalaktikaları dolduran milyonlarla ulduz... İç-içə keçmiş bir nizamla, saatda bir neçə min kilometr sürətlə mütəmadi olaraq fırlanan, lakin bir-birlərinə heç bir zaman toxunmayan nəhəng planetlər... İndi isə biz burada, bu planetlərdən kiçik bir dənəsi üzərində nöqtə qədər belə yer tutmayan insanın quruluş daşı olan hüceyrəni, elektron mikroskopu altında incələyirik.


Həyatı əlverişli edən şərtlərin hər biri canlılar üçün imtina edilməzdir. Dünya Allahın rəhməti ilə xüsusi olaraq var olan və varlığını davam etdirən bir mühitdir. XX əsrin ən tanınmış elm adamlarından Albert Eynşteyn insanın kainatdakı nizamı qavramasının çətinliyini bu sözləriylə ifadə etmişdir:


"İnsan ağlı kainatı qavraya biləcək gücdə deyil. Sanki çox böyük bir kitabxanaya girən kiçik bir uşaq kimiyik. Kitabxananın divarları fərqli dillərdəki kitablarla örtülüb. Uşaq bu kıtabların kimlərsə tərəfindən yazıldığını bilir. Ancaq kim tərəfindən və necə yazıldığını bilməz. Hansı dillərdə yazıldıqlarını anlamaz. Lakin uşaq kitabların nizamında müəyyən bir plan olduğunu fərq edər... ağlasığmaz bir nizamdır bu.


Bu qeyri-adi mühitin içində tam ehtiyacı olan sistemlərlə təchiz edilmiş insan bədəni haqqında ətraflı məlumat əldə etdikcə nə cür möcüzəvi bir şəkildə həyatını davam etdirdiyini görəcək. Həyatın gedişatına aludə olub düşünmədən yaşayan bir çox insan bədənindəki gizli sistemləri kəşf etdikcə yaranma məqsədini düşünəcək və onu yaradan Allaha qarşı məsuliyyətləri anlayacaqdır. Necə ki, bəzi elm adamları Allahın elminin böyüklüyünü, yaratmasındaki mükəmməlliyi görərək Allahın varlığına iman etmişlər. Bəziləri isə vicdanları qəbul etdıyi halda qürurları üzündən Allaha möhtac olaraq yaşadıqlarinı gözardı edərək inad edirlər. Ancaq həqiqətə qarşı inad etmək, düşdükləri vəziyyəti dəyişdirməyəcəkdir. Allah bəzi insanlardakı bu yanaşmanı Quranda belə bildirir:

 

Haqqı batil ilə örtməyin və haqqı gizləməyin. (Qaldı ki) siz (həqiqəti) bilirsiniz. (Bəqərə surəsi, 42)
Ey insanlar, siz Allaha (qarşı kasıb olan) möhtaclarsınız; Allah isə Qəni (heç bir şeyə ehtiyacı olmayan)dir, Həmid (təriflənməyə layiq)dir. (Fatir surəsi, 15)