DNT molekulundakı şifrə elmi

Bədəninizin hər hüceyrəsində dünyada heç kimin danışmadığı bir dildə yazılmış, möhtəşəm bir məlumat xəzinəsi gizlidir. Bu dilin əlifbası yalnız dörd hərfdən meydana gəlir və hər hərf, "əsas" və ya "nukleotid" adlanan kimyəvi bir molekulu təmsil edir. "Kodon" adı verilən genetik sözlər də bu hərflərdən meydana gəlir. Dörd hərfli bu DNT dili, adenin, timin, quanin və sitozin (Cytosin) molekullarının A, T, G və C hərflərindən meydana gəlir. Məhz nüvədəki məlumat bankında iştirak edən məlumatlar da bu dörd hərfli əlifba ilə kodludur. A, T, G, C hərflərinin yüzlərlə bir yerə yığılanda uzun, mənalı cümlələr ortaya çıxar. Bu cümlələr bədəndəki əməliyyatların necə ediləcəyini təsvir edən, bunlara dair təlimatlar ehtiva edən genlərdir. Milyonlarla hərflər isə mənalı bir cərgə ilə üst-üstə düzülərək DNT molekulunu meydana gətirirlər. Molekulyar bioloq David S. Goodsell Our Molecular Nature (Molekulyar təbiətimiz) adlı kitabında DNT molekulundan bu sözlərlə bəhs edir:


"DNT bəlkə də molekulların ən gözəlidir, lakin nadir bir kitab kimi həqiqi gözəlliyi cildində deyil, içində istifadə edilən sözlərdə gizlidir."


İnsanın bütün fiziki xüsusiyyətləri bu xüsusi dil vasitəsiylə kodlaşdırılaraq hüceyrə nüvəsinə yığılmışdır. Canlının bədən şəkli, hər orqana aid əmək bölgüsü və bu orqanların iş nizamları, hüceyrə içində çıxarılmalı zülalların genetik kodları, istehsal olunacaq zülalların miqdar nizamlanması kimi həyati işlər DNT üzərində kodlaşdırılmışdır. Şifrələnərək yazılmış bu nəhəng əsər insan hələ tək bir hüceyrə halındaykən belə, adamın bütün bədəni haqqındakı məlumata malikdir. Digər bir sözlə, daha hələ insan meydana gəlmədən əvvəl, bədəninin əhatəli planı tək bir molekul üzərində hazırdır.


Hüceyrə nüvəsindəki yığılmış məlumatların şifrələmə sistemini izah edərkən DNT-ni meydana gətirən nuklein turşular üçün yenə hərf bənzətməsini istifadə etməyə davam edəcəyik. Bu hərflər əvvəlki hissədə araşdırdığımız kimi ikili olaraq qarşılıqlı uyğunlaşaraq bir pillə meydana gətirərlər. Bu pillələr isə üst-üstə əlavə olunaraq genləri meydana gətirərlər. DNT molekulunun bir hissəsi olan hər bir gen insan bədənindəki müəyyən xüsusiyyətlərə nəzarət edər. Boyun uzunluğu, gözün rəngi, burnun, qulağın, kəllənin quruluşu kimi saysız xüsusiyyət, əlaqədar genlərin əmriylə meydana gəlir. Bu genləri üzərində A-T-G-C hərflərindən meydana gəlmiş yazılar olan bir kitabın səhifələrinə bənzədə bilərik.


İnsan hüceyrəsindəki DNT-lərdə təxminən 30.000 civarında gen olur. Hər gen qarşılığı olduğu zülal növünə görə, ədədləri 1.000 ilə 186.000 arasında dəyişən nukleotidlərin xüsusi bir sıralamada düzülməsindən meydana gələr. Bu genlər insan bədənində vəzifə yerinə yetirən təxminən 200.000 civarındakı zülalın kodlarını saxlayır və bu zülalların istehsalını nəzarət edir. Bu 30.000 genin ehtiva etdiyi məlumat DNT-də olan bütün məlumatın yalnız 3 %-ni təşkil edir. Geriyə qalan 97 %-lik hissə isə indiki vaxta qədər hələ bilinmir. Ancaq bu hissədə hüceyrənin fəaliyyətləri ilə əlaqədar həyati məlumatlar olduğu aydın olmuşdur. (Ətraflı məlumat üçün baxın. DNT möcüzəsi təkamül nəzəriyyəsini necə etibarsız edir? hissəsi)


Genlər xromosomların içində olur. Hər insan hüceyrəsinin (artırma hüceyrələri xaric) nüvəsində 46 xromosom vardır. Hər bir xromosomu gen səhifələrindən meydana gəlmiş bir cildə bənzətsək, hüceyrədə insanın bütün xüsusiyyətlərini ehtiva edən 46 cildlik bir "hüceyrə ensiklopediyası" vardır deyə bilərik. Bu hüceyrə ensiklopediyası daha əvvəl ifadə etdiyimiz kimi tam 920 cildlik Britannica ensiklopediyasının ehtiva etdiyi məlumata bərabər dəyərdir.


Hər insandakı DNT-dəki hərflərin düzülüşü fərqlidir. Bu ana qədər dünya üzərində yaşamış milyardlarla insanın hamısının bir-birindən fərqli olmalarının səbəbi də budur. Orqanların təməl quruluş və funksiyaları hər insanda eynidir. Ancaq hər kəs o qədər incə fərqliliklərlə o qədər dəqiq və xüsusi yaradılar ki, bütün insanlar tək bir hüceyrənin bölünməsiylə meydana gəldikləri və eyni təməl quruluşa sahib olduqları halda, milyardlarla fərqli görünüşdə insan ortaya çıxır.


DNT-dəki hərflərin düzülüş sırası insanın quruluşunu ən incə təfərrüatlarına qədər təyin edir. Boy, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə sinir şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin, 130 milyard metr uzunluğundakı damarların və 100 trilyon hüceyrənin planları, tək bir hüceyrənin DNT-sində mövcuddur. Kanadalı elmi yazar Denyse Oleary DNT-dəki məlumatdan bu ifadələrlə bəhs etmişdir:
"Məlumatın əsl çaşdırıcı olanı DNT-də yazılı əsərdir. Təkrar edən bir düzülüşü yoxdur. Lakin digər məlumat ilə əlaqəli bir düzülüşü var və çox kompleksdir. Məsələn, pişiyin embrionundakı DNT embrionun bala bir pişik olması üçün çox kompleks təlimatlar ehtiva edir."


İndi bu məlumatların ardınca düşünək: Bir söz belə, yazan bir adam olmadan meydana gələ bilmədiyinə görə, insan hüceyrəsindəki milyardlarla hərf necə meydana gəlmişdir? Bu hərflər necə olub ki, belə mükəmməl və kompleks bir bədənin bənzərsiz planını meydana gətirəcək bir nizamda, bir-birinin ardına mənalı bir şəkildə düzülmüşdür? Əgər bu hərflərin nizamında çox kiçik bir dəyişiklik olsaydı, əl barmaqlarınız ayağınızda, gözünüz qarınınızda yerləşə bilər, ya da başınız tərs istiqamətə dönə bilərdi. Qollarınız çox qısa, ya da uzun ola bilər, və ya dodaqlarınız bir-birinə bitişik ola bilərdi. Bu anda normal bir insan olaraq həyat davam etdirə biliriksə, bu ancaq Uca Rəbbimizin izniylədir. Allah hər insanın DNT-sindəki hərflərin nizamını buna vəsilə etmişdir. Bir ayədə Allah belə buyurmuşdur:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

 

DNT molekulu kodlu mesajlar ehtiva edir

DNT molekulunda atomların özünəməxsus düzülüşü, maksimum şifrəni, minimum sahədə daşıya biləcək üstün bir yaradılışa malikdir. DNT molekulu üzərində qeydli genetik şifrə hüceyrə nüvəsinə kimyəvi düsturlarla yazılmışdır. Ancaq bəhs etdiyimiz şifrə nə kompyuter mühitində, nə də kağız üzərindədir. Şifrələməyi meydana gətirən hər bir hərf, əslində müəyyən kimyəvi xüsusiyyətlərə və üçölçülü xüsusi bir quruluşa sahib bir molekuldur. Kimya professoru Arthur Ernest Wilder-Smith bir kitabında DNT molekulundakı mesaja belə diqqət çəkmişdir:


"Bütün bioloji hüceyrələr hüceyrə nüvəsindəki DNT molekullarında kodlu şəkildə olan proqram tərəfindən istiqamətləndirilərlər... Bütün kimyəvi maddələr mübadiləsi kod tərəfindən əvvəldən proqramlaşdırılmışdır... Bu cür bir sistemi nəzəri olaraq izah edə bilmək üçün lazımlı olan, çox uzun şərhlərdən çəkinmək üçün genetik kod sisteminin əsas xüsusiyyətlərini bir neçə bənzətmə ilə izah edəcəyik. Beynəlxalq olaraq qəbul edilən təcili yardım çağırışı "SOS"dur. Bu çağırış şifrələnmiş halda məlumat ehtiva edər və eyni zamanda …- - -… (üç nöqtə, üç xətt, üç nöqtə) olaraq da göstərilə bilər. Burada nöqtələr və xətlər Morze əlifbasının iki hərfini təmsil edər. Əlifbamızdakı "S" hərfi "…" ilə, "O" hərfi isə "- - -" ilə göstərilər. Morze əlifbasını müxtəlif üsullar istifadə edərək saxlaya bilər, ya da çatdıra bilərik. Məsələn, bu hərflər bir kağız üzərinə yazıla bilər, şəkərlə ad günü tortu üzərinə yazıla bilər, ya da bir təyyarə tüstü buraxaraq səmaya eyni hərfləri yaza bilər... Verilən mesaj və məlumat eyni qalar, hansı mühitdə çatdırılırsa çatdırılsan, məzmun "SOS" şəklindədir. Morze şifrəsindəki nöqtələr və xətlər, hətta bir ip üzərində düyünlərlə göstərilə bilər. Xətt böyük bir düyünlə, nöqtə də daha kiçik bir düyünlə göstərilə bilər. Bu vəziyyətdə Morze şifrəsiylə yazılmış mesajın çatdırılması üçün kağız zəminə ehtiyac duyulmaz. Bir ip belə bunun üçün kifayətdir. Buna bənzər bir sistem istifadə edilərək, tək və cüt düyünlər ehtiva edən bir ip istifadə edilərək Goethenin "Faust" əsəri yazıla bilər."

 

Yuxarıdakı sitatda da ifadə edildiyi kimi, məlumatın məzmunu köçürmə şəklindən müstəqildir. Bu səbəbdən yalnız DNT-dəki əsasların sıralaması deyil, DNT-nin ehtiva etdiyi kodlu məlumat, mesaj da diqqət çəkicidir. Elmi yazar Richard Milton DNT-dəki mesajın kodlaşdırılmasındakı həssas nizama belə diqqət çəkmişdir:


"... Bir proqramdakı bütün təlimatlar, həm kompyuterin təchizatına ani, həm də proqramın digər hissələrinə təsir etməsi baxımından proqramçı tərəfindən çox diqqətli düşünülməlidir. Proqramçının təlimatları yazmaq üçün istifadə etdiyi hərflər və rəqəmlər proqram dilinin dil quruluşuna və sözlərinə görə mütləq qətilikdə yazılmalıdır ki, kompyuter sistemi funksiya görə bilsin. Ən əhəmiyyətsiz bir səhv belə, hər birinə təmamilə təsir edən bir pozğunluğa səbəb ola bilər. Məsələn, 1977-ci ildə NASA-nın Cape Canaveraldan bir peyki havaya buraxması, vasitə havalandıqdan qısa bir müddət sonra faciəylə nəticələndi. NASA mühəndislərinin daha sonra etdikləri araşdırmada qəzaya kompyuterin rəhbər sistemindəki bir səhvin səbəb olduğu ortaya çıxdı. Rəhbər proqramda sadə bir vergül unudulmuşdu. Ən sadə dillə, məsələn, basic, ən sadə bir kompyuter əməliyyatını proqramlaşdırmaq istəyən biri problemi anlayacaq. Söz düzülüşündə ən kiçik bir səhv etsəniz, bir hərfi, bir nöqtəni, ya da boşluğu belə buraxsanız, proqram işləməz. Eyni şəkildə hər bir nukleotid qətiliklə doğru nizamda yazılmalıdır və dölün varlığını davam etdirə bilməsi üçün DNT molekulunda qətiliklə doğru yerdə olmalıdır. İnsanlardakı, heyvanlardakı və bitkilərdəki təməl funksional pozuqluqlar da tək bir DNT molekulunun və ya bu molekuldakı tək bir nükleotidin itkisi, ya da yer dəyişdirməsiylə olar.


Massachusetts Texnologiya İnstitutundan məlumat nəzəriyyəsi və rəsmi dillər mövzusunda mütəxəssis Prof. Murray Eden: "Var olan heç bir rəsmi dil, cümlələri ifadə edən simvol düzülüşündə təsadüfi dəyişmələri qəbul edə bilməz. Məna dərhal pozular. Hər hansı bir dəyişmə, sintaksis [cümlə məlumatı] olaraq qaydalara uyğun olmalıdır." deyərək, bir dilin simvolları təsadüfi qarışdırıldıqda mənanın daim pozulacağını ifadə edir. Ardınca da bu qaydanın genetik məlumatı meydana gətirən DNT dili üçün də etibarlı olduğunu dilə gətirir.
Bütün bu şərhlər DNT-də qarşımıza çıxan məlumatın təsadüf əsəri olmadığını göstərir. Təkamülçülərin bu xəyali iddialarına qarşı, "kriptologiya" adlanan və məlumatın təhlükəsizliyini təmin edən riyazi şifrə elmini də nümunə verə bilərik. Bu elm sahəsinin məqsədlərindən biri məlumatın oxunmasına və dəyişdirilməsinə mane olmaqdır. Məsələn, bir xaker (icazəsi olmadan başqasının kompyuter şəbəkəsinə girən adam) internet mühitində iki adam arasındakı xəbərləşmələri təqib edə bilər və bu xəbərləşmələrdə göndərilən məlumatlar üzərində dəyişiklik edə bilər. Bu baxımdan məlumatın məzmununun qorunması, orijinal qeydlərin saxlanması da əhəmiyyətli bir mövzudur. Çatdırılacaq məlumatın təhlükəsizliyi nə qədər əhəmiyyətlidirsə, istifadə edilən şifrələmə üsulu da o dərəcə əhəmiyyət daşıyır və çətinləşir. Bunun üçün məlumatların hər kəs tərəfindən asanlıqla başa düşülməsinə mane olan xüsusi proqramlar istifadə edilir. Bu proqramı ancaq müəyyən kəslər oxuya bilər və dəyişdirə bilər. Səlahiyyətsiz kəslərin müdaxiləsinə mane olmaq üçün də məlumatların doğruluğu təhlükəsizlik sistemləriylə təsdiq edilir.


Genetik məlumatın isə insan həyatı ilə həqiqətən əlaqəli olduğu üçün heç bir dəyişikliyə uğramamalıdır. Ancaq bu qədər əhəmiyyətli bir məlumat xəzinəsinin hüceyrə içində gizli olduğunu elm adamları ancaq əlli il bundan əvvəl aşkar etmişdilər. Halbuki, insan ilk yaradıldığından bəri bu qiymətli məlumat, nüvənin içində qorunur və xüsusi bir şifrə ilə şifrələnmişdir. Bu molekulla əlaqədar hər incəlik Allahın üstün yaratmasının nümunələriylə doludur. DNT bizlərə bu sualların cavabını düşündürməlidir:
-        Mükəmməl bir bədən inşa edəcək məlumata kim malikdir?
-        Məlumatı canlı bir toxuma içində kim saxlayır?
-        Bu qədər əhatəli məlumatı, kiçik bir məkana kim, necə yerləşdirir?
-        Bu məlumatın əhəmiyyətli olduğunu bilib, kim qoruyur?
-        Məlumatı kim şifrələyir və bunun tərcüməsini kim edir?
-        Məlumatın deşifrəsi əsnasında əskikliyə, pozulmağa uğramaması üçün kim tədbir görür?
-        Məlumatın digər nəsillərə köçürülməsi və bunun üçün necə bir üsulla izlənilməli olduğunu kim bilir?
-        Toxumalar yeniləndikcə və hüceyrələr bölünərək çoxaldıqca, bu məlumatı yeni hüceyrələrə kim, necə köçürür?
Səhifələrlə soruşa biləcəyimiz bütün bu suallar, bizi üstün ağıl və məlumat sahibi Yaradıcımızın varlığına aparar. DNT, "... Hər şeyi sağlam və yerli yerində edən Allahın sənəti (quruluşu)dur..." (Nəml surəsi, 88) Quranda Allah insanın yaradılışındakı nizamı belə bildirlir:

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.  (İnfitar surəsi, 6-8)
Bir canlının bütün bədən funksiyaları haqqında nələrə ehtiyac duyduğunu açıqlayan bir əsərin yazılması üçün, əsərin sahibinin, bu canlının bədən quruluşunun bütün xırdalıqlarına hakim olması, atom və molekul səviyyəsində hüceyrə fəaliyyətlərinin necə icra ediləcəyini tamamilə bilməsi və körpəlik vaxtından ölümünə qədər keçirə biləcəyi hər dövrə aid xüsusi ehtiyaclarını və lazım olanları ölçüylə təsbit etməsi lazımdır. Rəbbimiz Allah bu məlumatların tək sahibidir və insanımüəyyən şəkildə formalaşdırdı.” (Əbəsə surəsi, 19)

Həmçinin unutmamaq lazımdır ki, yalnız insanların deyil, yer üzündəki bütün canlıların; bakteriyaların, virusların, böcəklərin, atların, bitkilərin də hüceyrələrində özlərinə aid bir DNT-ləri vardır. Hər birinin DNT-nin içindəki məlumatlar da aid olduğu canlının öz bədən quruluşunun hissələrini və ehtiyaclarına istiqamətli xüsusi məlumatları ehtiva edər. Yer üzündə milyonlarla canlı növü olduğu düşünülsə, bu məlumatın miqdarı və əhatəsi daha yaxşı aydın olacaq. Hər canlını əvvəlcədən bütün ehtiyaclarına istiqamətli məlumatlarla təchiz edən və bu məlumatı hüceyrələrinin içinə yerləşdirən, fərqli növlər üçün ayrı DNT düzülmələri yaradan Uca Rəbbimizdir.

 

4 əlifbalı DNT dilindən 20 əlifbalı zülal dilinə tərcümə

Əvvəlki hissələrdə ifadə etdiyimiz kimi, hüceyrə içindəki məlumat bankı DNT üzərindəki A, T, G və C hərfləri ilə göstərilən dörd kimyəvi əsasla kodlaşdırılmışdır. Ancaq DNT-də qeyd olunan bu məlumatın istifadə edilə bilməsi üçün 4 hərfli DNT dilindən 20 hərfli zülal dilinə çevrilməsi lazımdır. DNT-dəki məlumat ancaq bu tərcümə əməliyyatı nəticəsində zülallar üçün mənalı hala gələr. Məşhur kimyaçı Prof. Wilder Smith iki dil arasında tərcümə edən bir sistemin çətinliyinə bu sözlərlə diqqət çəkmişdir:


Bir dildən bir başqasına tərcümə edilməsi kompyuterdə proqramlaşdırıla biləcək ən çətin işlərdən biridir. Tərcümənin təminedici səviyyədə olması üçün kompyuterə geniş əhatəli və yüksək dərəcədə kompleks proqram diqqətlə yüklənməlidir. Amerikalılar ruscadan ingiliscəyə avtomatik tərcümə etmək üçün milyonlarla dollar xərcləmişdir. İyirmi illik işin ardınca hələ müstəqil olaraq ifadələr ehtiva edən ruscanı, maşının işini nizamlı olaraq nəzarət edən yaxşı bir tərcüməçi olmadan ingiliscəyə çevirə bilən bir maşın yoxdur. Deyimlərin bir dildən digərinə maşınla tərcüməsi o qədər çətin bir əməliyyatdır ki, maşının əvvəldən proqramlaşdırılması yenə də kafi olmur.


Yuxarıdakı sitatda da ifadə edildiyi kimi iki dil arasında əskiksiz və doğru bir tərcümənin texniki bir proqram vasitəsilə edilməsi mümkün görünmür. Halbuki, DNT dilinin zülal dilinə necə çevriləcəyi DNT-də əvvəldən proqramlaşdırılmışdır və bu sistem milyardlarla insanın trilyonlarca hüceyrəsində qüsursuz bir şəkildə işə davam edir. Kanadalı elmi yazar Denyse Oleary isə 4 hərfli gen dili ilə 20 hərfli zülal dili arasındakı olması gözlənilən ünsiyyət çətinliyini belə bildirir:


"İnsan genomu haqqında bildiklərimiz bunlar: Genlərimiz, kompleks kombinasiyalar içində birlikdə işləyər. Bizi canlı tutan hər hüceyrədəki əməliyyatları reallaşdıran mexanizmlər olan inanılmaz müxtəliflikdəki zülalların inşasını idarə edərkən davamlı olaraq bir-birləriylə danışarlar. İşin çətin olan qismi genlərdə olduğu kimi 4 quruluş daşı yerinə zülalların 20 quruluş daşı vardır."


Ancaq çətinlik olaraq təsvir edilən bu vəziyyətə baxmayaraq, yer üzündəki bütün canlılarda DNT diliylə yazılmış şifrəli təriflər lazım olduğu şəkildə oxunur, tərcümə edilir və istifadə edilir. Hüceyrə içində təcəlli edən bu ağıl canlılığı yaradan və rəhmətiylə yaratmağa davam edən, hər şeyin sahibi və hakimi Uca Rəbbimizə aiddir. Quranda belə bildirilir:

Ən Uca Rəbbinin adına təriflər de! O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; (Əla surəsi, 1-2)
Qoy baxıb görsün Allah onu nədən yaradıb? Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
(Əbəsə surəsi, 18-19)