Darvinizmin DNT ilə əlaqədar yanilmalarından bəziləri

Bəzi elm adamları elmin inkişafına kömək olmaqdan çox təkamül nəzəriyyəsini gündəmdə tutmaq məqsədiylə əmək və zaman sərf edirlər. Darvinizmi lap əvvəldən bir aksiom olaraq qəbul etdikləri üçün etdikləri elmi araşdırmalarda da səhv nəticələrə yönəlirlər. Necə ki, molekulyar biologiya sahəsində təkamül nəzəriyyəsinə guya dəlillər yaratmaq üçün heç bir elmi dəyəri olmayan müxtəlif anlayışlar və tezislər ortaya atırlar. Üstəlik bu tezislər və ya anlayışlar heç bir elmi dəyərləri olmadığı halda Darvinist mediada dəstək tapır və cəmiyyətə bir həqiqət  kimi təqdim edilir. Ancaq inkişaf edən elm və texnologiya bu iddiaların ağıldan kənar olduğunu gözlər önünə sərir. Materialist dünya görüşünü gündəmdə tutma səyindən qaynaqlanan təktərəfli şərhlər, təhriflər, birtərəfli xəbərlər, Uca Allahın hər yeri əhatə edən elmini, sənətini, ağlını gizləməyə güc yetirə bilmir. Quranda bir çox ayədə haqqın batil üzərindəki üstünlüyü bildirilir. Bunlardan bir qismi belədir:

De ki: "Həqiqətən, Rəbbim haqqı (batilin yerinə və ya dilədiyi kimsənin ürəyinə) qoyar. O, qeybi ən yaxşı biləndir. De: "Haqq gəldi; batil isə nə (bir şey) ortaya çıxara bilər, nə geri gətirə bilər. "(Səba surəsi, 48 - 49)
... Allah, batilli yox edib-aradan qaldırır və haqqı Öz sözləri ilə haqq olaraq gücləndirir (həyata keçirir). Çünki O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)
Allah günahkarlar istəməsələr də, haqqı (haqq olaraq) bərqərar edəcək. (Yunis surəsi, 82)

Bu hissədə təkamül nəzəriyyəsinə dəstək olması xəyaliylə ortaya atılan nəticəsiz iddialardan yalnız bir neçəsinə ümumi xətləriylə yer verəcəyik:

 

Təkamülçü cəhalətin bir nümunəsi : xarab DNT yanılması

İnsan Genom layihəsi ilə birlikdə indiyə qədər yalnız DNT-dəki şifrə düzülüşü ortaya çıxarılmışdır. Ancaq bu şifrələrin insan bədənində hansı funksiyaları təyin etdikləri bir neçə gen istisna olmaqla, hələ bilinmir. DNT zənciri üzərində zülal kodlaşdıran, başqa sözlə, aktiv olaraq çalışdığı kəşf edilən təxminən 30 min gen var. Ancaq bu miqdar insan DNT-sinin yalnız 3%-ni meydana gətirir. Geriyə qalan uzun DNT zəncirinin nə işə yaradığı isə hələ bilinmir.
Elə bu nöqtədə təkamülçülərin bu naməlum təməl üzərində bina etdikləri tərəfli şərhləri dövrəyə girir. Darvinist elm adamları danışılan genlərin heç bir məqsədi olmadığını, bunların “axmaq” və ya “zibil, xarab” düzülmələrdən ibarət olduğunu irəli sürürlər. Milyonlarla illik xəyali təkamül müddətində bu bölgələrin artıq funksiyalarını itirmiş genlər olduqlarını iddia edirlər. Halbuki, əvvəlcədən hökmlə qarşıya qoyulmuş bu iddia bu gün yeni elmi tapıntılar qarşısında çürümüşdür. "Xarab DNT" anlayışı 5-6 il əvvələ qədər elm adamlarının funksiyalarını bilmədikləri böyük DNT kütlələrinə verdikləri ad idi. Gen olaraq bilinməyən bu çox uzun düzülüşünə o zaman "junk DNT" (xarab/zibil/boş DNT) deyirdilər. Ancaq iddiaların əksinə, işə yaramadığı qarşıya qoyulan hissələrin əslində həyati funksiyaları idarə etdikləri, çalışan qisimlərin təmirində kritik əhəmiyyətləri olduğu ortaya çıxmışdır. Qaldı ki, genetika elmi DNT-nin funksiyalarını tanımaqda hələ iməkləmə mərhələsindədir.


13 may 2002-ci il tarixli Nature Genetics jurnalında nəşr olunan bir məqalədə Dr. John V. Moran və qrupu xarab sayılan DNT-nin hərəkətli hissələrinin genom üçün təmir xidməti təmin edən DNT hissələri olduğunu bildirdilər.(146) Bunlar genom ətrafında hərəkət edə bilər və söz əməliyyatı əsnasında köçürüb - yapışdırmağa bənzər bir əməliyyat edərək özlərinin surətini çıxararlar. Bu xüsusiyyət DNT-nin cüt olan spiral hüceyrələri ayrılmağa başlayanda son dərəcə faydalıdır. Cüt spiral hüceyrəyə kimyəvi maddələr dəydikdə, ya da hər hansı bir təzyiq olduğunda yarılır və hüceyrə ölümünə səbəb ola bilir. Xarab DNT olduğu iddia edilən qismin bu hissələri genom içərisində gəzərlər və bu cür ayrılmaları müəyyən edərlər; belə bir şeyə rast gəldiklərində özlərini araya salarlar və bu bölgəni yenidən birləşdirirlər.


Zamanla təkamülçü mənbələrdə, canlılardakı bəzi orqanların funksiyasız olduğu irəli sürülür və bunların o canlıların atalarından miras qalmış ancaq artıq istifadə etmədikləri orqanlar olduğu iddia edilir. Məsələn, insan bədənindəki appendiks (appendisit) və ya büzdüm illərcə "korlaşmış orqan" sayılmışdır. Halbuki, son illərin elmi araşdırmaları bütün bu orqanların əhəmiyyətli funksiyaları olduğunu ortaya çıxarmışdır. Təkamülçülərin XX əsrin əvvəlində çıxardıqları "korlaşmış orqanlar siyahısı" bu gün tamamilə çürümüş vəziyyətdədir. Təkamülçü yazıçı Scaddingin ifadəsiylə "biologiya məlumatı artdıqca korlaşmış orqanlar siyahısı da getdikcə kiçilmiş" və sonunda yox olmuşdur. (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Həyatın həqiqi mənşəyi, Araşdırma nəşriyyat) Eyni şəkildə, təkamülçülərin qarşıya qoyduqları xarab DNT anlayışı, yəni DNT-nin böyük hissəsinin işə yaramaz olduğu iddiası da edilən yeni kəşflərlə çürüdülmüşdür.


İnsan Genom layihəsi və digər genetik işlərlə birlikdə, genlərin zülal istehsalı əsnasında bir-birləriylə davamlı bir qarşılıqlı təsir içində olduqları ortaya çıxdı. Bu istehsal əsnasında bir genin digər DNT hissələrindən müstəqil olaraq fəaliyyət göstərmədiyi aydın oldu. Bu gün çatılan nöqtə göstərir ki, bir genin işi əsnasında xüsusilə, zülal kodlamağa başlama mərhələsində, genləri meydana gətirməyən DNT hissələrinin o geni tənzimləməsi mümkündür. Məhz buna görə, araşdırmaları yaxından təqib edən heç bir elm adamı artıq xarab DNT anlayışına etibar etmir.


Əslində, DNT-nin xarab olduğu idda edilən qisimlərinin davamlı fəaliyyət halında olduğu və hələ bilinməyən fərqli funksiyalara sahib olduğu təkamülçülərin xoşuna gəlməsə də uzun müddətdən bəri ifadə edilən bir həqiqət idi. Science jurnalında 1994-cü ildə nəşr olunan "Xarab DNT öz dilindəmi danışır?" başlıqlı xəbərdə Harvard Tibb fakültəsində molekulyar bioloqlar və Boston Universitetindən fiziklər bu mövzuya aydınlıq gətirmişdir. Müxtəlif canlılardan alınan 50.000 əsas cütlükləri ehtiva edən 37 DNT düzülüşü üzərində etdikləri araşdırmalar nəticəsində insan DNT-sində 90% yer tutan guya xarab sayılan DNT-nin əslində xüsusi bir dildə yazıldığını xəbər verirdilər. Etdikləri testlər, bu qisimlərdə dilə bənzər xüsusiyyətlər olduğunu ortaya qoymuşdu. Tapıntılar əsasında, "xarab" deyilən DNT-nin heç də boş olmadığını bildirmişlər. "Xarab DNT-dəki dilin işarələri" adlı məqalədə isə Boston Universitetindən Eugene Stanleyin etdiyi işlərlə DNT düzülmələrinə insan dilinə bənzər xüsusiyyətdə məlumat ehtiva edən xüsusiyyətlər olduğu sübuta yetirildi .


DNT ardıcıllığının daha əvvəl 97%-nin xarab və işə yaramaz olaraq təsvir səbəblərindən biri şübhəsiz ki, məlumatsızlıqdır. Cleveland (Klivlend) Universitetindən təkamülçü elm adamı Evan EICH bu vəziyyəti belə etiraf edir:
"Xarab DNT kəlməsi bizim məlumatsızlığımızın əks olunmasından başqa bir şey deyil."


Özü də bir təkamülçü olan Ernst Mayr da genlər haqqındakı məlumatlarının qeyri-kafiliyinə belə toxunur:
"Elmi məhdudlaşdıran ciddi bir ünsür də qabaqcıl dərəcədə kompleks sistemlərin işləyişini açıqlamadakı çətinlikdir ... Eyni fikir, qabaqcıl dərəcədə kompleks və hələ hələ aydın ola bilməmiş olan genetik məlumatın tənzimləyici mexanizmləri üçün də məqbuldur."


Scientific American jurnalının noyabr 2003-cü il sayında nəşr olunan "Görülməyən Genom: Qırıntılar arasındakı cövhərlər" adlı məqalədə də Avstraliya, Queensland Universitetində Molekulyar Biologiya İnstitutunun idarəçisi John S. Mattickin bu sözlərinə yer verilir:
"Aydın olmadığı üçün xarab olaraq qarşıya qoyulan [genlər] in əslində insanın kompleksliyinin təməli olduğu ortaya çıxa bilər. "


Molekulyar bioloq Prof. Mattick "Intron" adlı və zülal sintezinə birbaşa olaraq qatılmayan bu düzülüşün əhəmiyyəti ilə əlaqədar səhv şərhlərə belə toxunur:
"Bunun [xarab DNT-nin] bütün mənasının fərqinə varılmaması ... molekulyar biologiya tarixindəki ən böyük səhvlərdən biri ola bilər."


New Scientist jurnalının 19 noyabr 2005-ci il tarixli bir xəbərində isə guya xarab DNT-nin əhəmiyyətinin, təxmin ediləndən daha çox ola biləcəyi belə dilə gətirilir:
"... fövqəladə bir şəkildə xarab DNT-nin genlər qədər olmasa da, daha çox əhəmiyyətli olduğu ortaya çıxa bilər ... Xarab DNT-nin qaldırıldığı rəflərdən bu şəkildə ortaya çıxarılmasını təmin edən, onunla əlaqədar xüsusi olan nədir? Genomların müqayisəsi ilə bir dəlil ortaya çıxır ... Elm adamlarının hələ həll edə bilmədiyi həyati məlumatı kodlaşdıra bilər. Bu da daha çox DNT, daha çox məlumat saxlama və kompleks orqanizmlər istehsal etmə bacarığı deməkdir. Açıq olan bir şey var. Genlərimizin xəritəsini çıxardığımıza görə, artıq tullantları kəşf etməyə başlamağın zamanı gəldi."


İnsan Genom layihəsinin başında olan Dr. Francis Collins də xarab DNT kimi adlandırılan qisimlərin zənn edildiyi kimi xarab olmadığını belə ifadə edir.
"Uzun müddətdir genetik məlumatın 95%-ni xarab sayıb nəzərə almadığımız üçün problem yaşayırdım, çünki hələ nə funksiyası olduğunu bilmirdik. Buna xarab deyilməsinin səbəbi də nə cür bir funksiyası olduğunun hələ kəşf olunmamasıdır. Lakin bütün genetik məlumat əlimizdə ikən bizim xarab deyə adlandırdığımız vəsaitin əslində həqiqətən işə yarayan bir DNT düzülüşü olduğunu anlayırsınız ... Bu səbəblə, məncə genetik məlumatdan "xarab" termini atılmalıdır."


Təkamülçü genetiklər xarab DNT adlandırdıqları qisimləri nəzəriyyələrinə məcburi bir dəlil olaraq göstərmək istədilər. Təkamülçülərin bu qisimləri "xarab" ifadəsi ilə əhəmiyyətsiz göstərmək istəmələri və doqmatik təkamül inanclarına uydurmaları, elm adamlarının illərlə "xarab" kimi ifadə edilən qisimləri araşdırmalarına mane olmuşdur. Science jurnalında bu vəziyyət belə açıqlanır:
"Cazibəsinə baxmayaraq "xarab DNT" anlayışı elm adamlarını illərlə kodlamayan DNT-ni araşdırmaqdan uzaq tutmuşdur. Genomlarla təsadüfi maraqlanan kiçik bir qrup xaricində genom zibilliyini kim araşdırmaq istəyərdi ki? Bununla birlikdə normal həyatda olduğu kimi elmdə də, boş vaxtı olan, lağ edilmə riski olan və məşhur olmayan sahələri də araşdıranlar vardır. Onlar sayəsində xarab DNT fikri, xüsusilə də təkrar edən qisimlər 1990-cı illərin  əvvəlində dəyişməyə başladı."


Təkamül nəzəriyyəsinin elmi ziddiyyətlərini çox işiylə ortaya qoyan Dr. Paul Nelson isə "Qırıntı satıcısı artıq qırıntı satmır" başlıqlı məqaləsində xarab DNT anlayışı üçün bu şərhi edir:
Carl Sagan Shadows of Forgotten Ancestors (Unudulmuş Ataların kölgələri) adlı kitabında genetik tullantıların DNT-dəki “çoxluqların, kəkələmələrin (gərəksiz təkrarlar) və təkrarsız axmaqlıqların”, həyatın təməlində dərin qüsurlar olduğu sübutunu qarşıya qoymuşdu. Bu cür şərhlərə daha əvvəl biologiya ədəbiyyatında tez-tez rast gəlinirdi, ancaq artıq bu cür şərhlər edilmir. Niyə? Çünki, artıq genetiklər genetik dağıntı olaraq bilinən qisimlərin funksiyalarını kəşf edirlər.


Helen Pearson "Xarab DNT həyati bir rol ortaya qoyur: Anlaşılmayan genetik düzülüşlər vaz keçilməz görünür" başlıqlı məqaləsində belə bildirir:
"Elm adamları sirr dolu bütün onurğalıların həyatda qalmasında çox böyük əhəmiyyətə malik DNT hissələrindən ibarət olan bir kolleksiya üzərində pazl (puzzle) həll edirlər. Lakin bunların funksiyaları tamamilə naməlumdur ... bu hissələr heç bir zülal kodlamayan genomun geniş hissələri üzərində var. Bu qisimlərin varlığı əksəriyyətlə xarab DNT ifadəsinə əhəmiyyət verilməmiş bu sahələrin əhəmiyyətinin, kimsənin təxminindən çox uzaqda ola biləcəyinə dair inkişaf edən dəlilləri artırır."


Perlegen Elmləri şirkətində DNT-nin qırıntı olduğu qarşıya qoyulan qisimləri araşdıran Dr. Kelly A. Frazer "Bu [tapıntılar] insanların marağını oyandıracaq. Bu insanları alıb aparan tipdə sözlər." deyərkən Cambridge Broad İnstitutundan genetik Kerstin Lindblad-Toh da edilən işlər üçün "Bunlar hələ aysberqin zirvəsidir." deyir.


Bu tapıntılara baxmayaraq təkamülçülərin çoxu məqsədlərinə uyğun tapdıqları "xarab DNT" anlayışını son ana qədər müdafiə etməyə davam etmişlər. Təkamülçülərin iddialarına guya dəlil yaratmaq üçün istifadə olunan xarab DNT anlayışı da sona çatmışdır. DNT üzərində edilən sıx araşdırmalar, DNT hissəsinin həyati əhəmiyyətə sahib olması səbəbindən lazımlı, faydalı DNT qisimləri olduğunu isbat etmişdir. Beləcə, darvinistlərin bir yalanı daha elm ədəbiyyatına keçmişdir.

 

Mitoxondrial həvva tezisinin əsassızlığı
Hüceyrənin içində zülallardan ibarət olan mitoxondri eyni bir elektrik stansiyası kimi işləyir və hüceyrənin ehtiyacı olan enerjini istehsal edər. Bu stansiyalarda qidalardan əldə edilən kimyəvi enerjilər, hüceyrənin istifadə edə biləcəyi ATF deyilən enerji paketlərinə çevrilir. Hüceyrə içində həyatı təmin edən bütün hadisələr mitoxondrilərdən istehsal edilən, istifadəyə hazır bu enerji paketləri sayəsində reallaşır. DNT, hüceyrə nüvəsində olduğu kimi, enerji istehsal mərkəzləri olan bu mitoxondrilərdə də olur.


Mitoxondrilərin mitoxondrial DNT (mtDNT) tapılır. Təkamülçülər mitoxondrial DNT-lərin irsi olaraq növlərə ayırılmasını bir "təkamül" olaraq şərh edər və bu fərziyyəni "molekulyar saat" adını verdikləri bir başqa fərziyyə ilə birləşdirirlər. 1965-ci ildə ortaya atılan molekulyar saat fərziyyəsi nukleotid və proteinlərdəki düzülüşü zaman içində sabit aralıqlarla dəyişmələrin yaşanacağını irəli sürmüşdür. Bu tezisə söykənərək mtDNT dəyişmələri analiz edilən canlıların ortaq bir atadan nə vaxt ayrıldıqlarının tapıla biləcəyi düşünülmüşdür.
Ancaq burada mtDNT-da olan və canlıları sabit zaman aralıqlarında dəyişikliyə məruz qoyan bir növ saat mexanizminin olduğu başa düşülməməlidir. Bir canlının fosilləşən sümükləri çox tez degenerasiya olan DNT molekullarını saxlamaz. Bu səbəbdən, DNT molekuluna əsaslanaraq təbiət tarixinin araşdırılması mümkün deyildir. Bu analizlər təkamülçülərin canlıların tarixini öz fərziyyələrinə zorla uyğunlaşdırma səyləridir.


Təkamülçülər bu ön mühakiməyə əsasən mövcud təkamül soy ağacının hansı tarixdə harada başladığını  təyin etməyə  çalışmışlar. Mitoxondrial DNT-dəki müxtəliflik ən çox afrikalılarda görüldüyü üçün, onların nəslinin ən qədim olduğuna qərar vermişlər. Bunun nəticəsində, hal-hazırda yaşayan bütün insan irqlərinin 130.000 il əvvəl Afrikada yaşamış bir qadından törədiyi, bu qadının da guya təkamüllə ortaya çıxmış, Homo sapiensin ilk nümayəndəsi olduğu iddia edilmişdir.


Həmin qadınla əlaqədar təxminlər mitoxondrial DNT analizlərinə əsaslandırıldığı üçün, bu xəyali qadına "mitoxondrial Həvva" adı verilir. Halbuki, bu işdə istifadə olunan  metod bitərəf elmi gözlə araşdırıldıqda, ilk insanlara aid tarixi və ya coğrafi yer təyin etməkdə istifadə edilməyəcəyi asanca görüləcək. Təkamülçülərin əsaslandıqları fərziyyələr varlığı sübut edilməyən, təcrübə və müşahidə ilə nümunələndirilməmiş iddialardır. Necə ki, bu tezisin elmi bir dəyər daşımadığı bu gün təkamül nəzəriyyəsini müdafiə edən bir çox elm adamı tərəfindən də qəbul edilir.


Məşhur Nature jurnalının redaktor heyətindən Henry Gee "Afrika cənnəti üzərindəki statistik bulud" adlı yazısında mitoxondrial DNT (mtDNT) işinin nəticələrini "axmaqlıq, mənasız məlumat" olaraq dəyərləndirdi. Geenin yazısında mövcud 136 mtDNT ardıcıllığına baxılanda çəkilən soy ağaclarının sayının 1 milyardı keçdiyi bildirilirdi. Yəni edilən bu işdə 1 milyard sayda təsadüfi soy ağacı görməzlikdən gəlinmiş, ancaq şimpanze və insanın guya ortaq təkamül keçmişi olduğu fərziyyəsinə uyğun olan tək soy ağacı seçilmişdi.
Hər şeydən əvvəl bütün bu fərziyyələr təkamül nəzəriyyəsinə heç bir elmi dəlil meydana gətirmir. Məsələn, molekulyar saat analizinə görə, insanla şimpanzenin 10 milyon il əvvəl bir-birindən ayrılmış olması lazım olduğunu iddia edən bir təkamülçü onsuz da bu işinə iki canlının təkamüllə qohum olduğu inancına kor-koranə bir bağlılıqla başlamışdır. Burada sonsuz dövr içində düşünürlər və fərziyyələr üzərinə inşa edilən bu tip işlər vaxt itkisindən başqa bir şey deyil.


Vaşinqton Universitetindən genetik Alan Templeton da DNT silsilələrindən yola çıxaraq insanın mənşəyi üçün bir tarix təyin etmənin qeyri-mümkün olduğunu ifadə etmişdir. Çünki DNT-lər insan birlikləri arasında olduqca çox qarışmışdır. (162) Bu vəziyyətə riyazi tərəfdən baxıldıqda soy ağacında tək bir insana aid mtDNT-ni ayırd etməyin qeyri-mümkün olduğu mənasını verir. Ən təəccüblü etiraf isə, bu tezisin sahiblərinə aiddir. 1992-ci ildə işi təkrarlayan qrupdan Mark Stoneking (Pennsylvania Əyalət Universiteti) Science jurnalına yazdığı bir məktubda "Afrikalı Həvva" iddiasının əsassız olduğunu qəbul etmişdir.


Ayrıca, mitoxondrial DNT analizi mitoxondrilərin yalnız ana tərəfindən köçürüldüyü, beləliklə, mitoxondrial DNT hissələrindəki dəyişmələrin ana, nənə, böyük nənə və s. kanalıyla ən ulu ataya qədər izlənilməsi qəbul edilərək həyata keçirilir. Halbuki, mitoxondrilərin yalnız ana yoluyla köçürüldüyü fikri artıq bir əfsanədən ibarətdir. Çünki mitoxondrilərin atadan da keçə biləcəyini göstərən elmi tapıntılar ortaya çıxmışdır. Məşhur New Scientist jurnalında "Mitoxondri həm anadan, həm də atadan köçürülə bilər" başlığıyla verilən xəbərdə, danimarkalı bir xəstənin mitoxondrilərini 90% nisbətində atasından aldığının məlum olduğu deyilir. Bu vəziyyətdə, təkamül ssenarilərinə dəstək olaraq göstərilən bütün mtDNT araşdırmalarının həqiqətdə bir məna ifadə etmədiyi ortaya çıxır. New Scientist jurnalında bu vəziyyət belə çatdırılır:


"Təkamül bioloqları növlərin bir-birindən ayrılmasını mitoxondrial DNT düzülüşündəki fərqliliklərə əsaslanaraq tarixini müəyyənləşdirirdilər. Mitoxondrial DNT-nin çox nadir olaraq da olsa atadan köçürülməsi, işlərinin çoxunu etibarsız etməyə kafi olacaqdır.
Məşhur Nature jurnalı təkamülçü bir nəşr orqanı olmasına qarşı bu tapıntıların "mitoxondrial DNT fərziyyələrini haqsız çıxardığını" etiraf etmişdir:
"Mitoxondri axtarışında atadan keçən DNT ehtimalı tarixdən əvvəlki hadisələri zamanlandırmada insanın mitoxondrial DNT-dən istifadə olunan bir çox təkamül və molekulyar antropologiya işinin yenidən qiymətləndirilməsi mənasına gələ bilər."


Son olaraq, Annals of Human Genetics jurnalında çıxan bir yazıda bu günə qədər çap olunan bütün mitoxondrial DNT analizlərinin yarısından çoxunun səhv olduğu bildirilmişdir. (166) Xəbərə görə, təkamülçülərin müraciət etdiyi mitoxondrialDNT məlumat bankları səhv işlənmiş məlumatlara əsaslanırdı. Peter Forster adlı araşdırmaçının ortaya çıxardığı bu vəziyyəti Nature jurnalı belə xəbər verirdi:
"Səhvlər o qədər məşhurdur ki, genetiklər insan populyasiyaları və təkamül işlərində səhv nəticələrə gəlirlər ... təkamül ağaclarına istiqamətli səhv-tədqiqat üsulu, bu səhvlərin təxmin ediləndən daha çox olduğunu ortaya qoyur."


Beləcə, Forsterin bu təsbitiylə birlikdə təkamülçülərin işlərində istifadə etdiyi statistik məlumatların güvənilməzliyi daha da irəliləmişdi. Göründüyü kimi, indiki vaxtda yaşayan insanların genlərinə baxıb tamamilə səhv bir üsulla davam etdirilən və yalnız təkamülçü ön fikirlərlə izah olunan genetik analizlər təkamülə dəlil deyil. Mitoxondrial DNT analizlərinin əsassızlığını isbat edən konkret elmi dəlillər bu sahədəki təkamülçü iddiaları boşa çıxarır. Həqiqətən, yaşanmış bir təkamül müddəti olmadığı üçün hər kəs özünə görə ayrı bir ssenari qurur. Mitoxondrial Həvva tezisi də ağır zərbələr alaraq elm tarixinə basdırılmaq üzrə olan təkamül nəzəriyyəsini zorla ayaqda tutma səylərindən biridir.

 

Eqoist gen, şüurlu gen iddialarının əsassızlığı
Darvinistlərin xəyali iddialarından, digəri də eqoist gen nəzəriyyəsi (gen seleksiya nəzəriyyəsi)dir. Həmin nəzəriyyəyə görə, müəyyən gen növləri həyatda qala bilmə və törəməyə daha yaxşı olan canlılar yaradaraq ya da inkişaf etdirərək öz həyatda qala bilmə imkanlarını artırırlar. Buna görə öz genlərini sonrakı nəsillərə keçirməkdə daha yaxşı olan bitki və heyvan çıxara bilən gen növlərinin dünyaya hakim olacağı iddia edilir.


Nəzəriyyənin etibarsızlığına toxunmadan əvvəl nəzəriyyənin ortaya atılma şəklini də ifadə etməkdə fayda var. Gen seleksiyaçılığı filosofların reduksionizm (reductionism) olaraq adlandırdıqları məntiq yürütməyə bir nümunədir. Reduksionizmçilər insan ağlı da daxil olmaq üzrə hər şeyin maddə əsasına reduksionizm ola biləcəyini iddia edirlər. Ancaq əvvəlki hissədə ətraflı açıqladığımız kimi, həyatın yalnız maddədən ibarət olduğu iddiası açıq-aşkar bir yanılmadır. Bu səbəbdən, bu fəlsəfəni insana tətbiq edən və təkamül nəzəriyyəsinin qatı bir müdafiəçisi olan Riçard Doukinsin iddiaları da səhv, hətta axmaqdır. Doukinsə görə: "Biz həyatda qalma maşınlarıq, genlər kimi bilinən eqoist molekulları qoruya bilmək üçün kor olaraq proqramlaşdırılmış robot vasitələriyik." (169) Richard Doukins, "The Selfish Gene" (Eqoist Gen) adlı kitabında bütün canlıların əslində, "eqoist, mənfəətçi və yalnız özünü çoxaldaraq varlığını qorumağa çalışan genlərdən ibarət olduğunu və həyatın tək məqsədinin DNT-nin həyatda qalması olduğunu" irəli sürür. Halbuki, bu iddia əsassız və son dərəcə ağıldankənar bir fərziyyəyə-genlərin bir ağlı, şüuru və hətta "xarakteri" olduğu fərziyyəsinə-əsaslanır. Bu günümüzdəki materialist reduksionizminin nə cür səhv nəticələrə gələ biləcəyinin bir göstəricisidir.


Bu fərziyyənin axmaqlığını görmək üçün isə, genlərin nə olduğunu xatırlamaq kifayətdir: Genlər bir-birinə calanmış və xüsusi bir "qatlama və qablaşdırma" üsulu ilə sıxışdırılmış DNT hissələridir. DNT isə, təfərrüatlarına əvvəlki hissələrdə toxunduğumuz kimi müəyyən bir şifrəni ehtiva edəcək şəkildə bir-birinə calanmış uzun nəhəng bir molekuldur. Əlbəttə ki, kor və şüursuz atomların bir yerə gəlməsiylə yaranan bir molekulun "eqoist" olması, "özünü artırma yolu ilə çoxalmağı hədəfləməsi" və ya başqa bir şəkildə şüurlu bir məqsədə sahib olması mümkün deyil. DNT-nin təməlində atomlar zənciridir və heç bir atom ağıl və şüura, xüsusilə də "eqoizmə" sahib deyil. Bu səbəbdən, Doukinsin ortaya atdığı "eqoist gen" tezisi ağıl və elmdən kənar bir nağıldan ibarətdir.


Avstraliyalı elm adamı Lucy G. Sullivan, Doukinsi "yazdıqlarının saxta-elmi nəzəriyyələrin yayılmasına yol açdığı və daha çox ədəbiyyatın mövzusu ola biləcək maraq sahələrinin elmə daxil olmasına səbəb olduğu" üçün tənqid etmişdir. Harvard Universitetindən təkamülçü genetik Richard Lewontin Doukinsi "bazarda satılan hekayələrində təsdiqlənməmiş və ya həqiqətə zidd iddialara yer verən" yazarlar arasında saymışdır:


"Kafi dəlilə əsaslanmayan iddialar elm ədəbiyyatının, xüsusilə məşhur elm yazıçılığı ədəbiyyatını doldurur. Carl Saganın "elmin məşhurlaşmasında yer alan ən yaxşı müasir yazıçılar siyahısı E.O Wilson, Lewis Tomas və Riçard Doukinsdən ibarətdir ki, bunların hər biri bazarda satdıqları hekayələrinin içində təsdiqlənməmiş və ya həqiqətə zidd iddialara yer vermişlər."


Şəxsən Doukinsin özü etdiyinin bir tərəfdarlıq olduğunu, tezisinin elmi bir tezis olmadığını etiraf etməklə, bütün bunları təbliğat məqsədli olaraq davam etdirdiyini də gözlər önünə sərir. The Extended Phenotype (Genişləndirilmiş Fenotip) adlı kitabının birinci səhifəsində bunları yazır:
"Bu iş utanmaz bir tərəfdarlıqdır. Heyvan və bitkilərə baxmaq və bunları nəyə görə etdiklərini maraqlanmaq üçün müəyyən bir üsulu müdafiə etmək istəyirəm. Tərəfdarlığını etdiyim şey yeni bir nəzəriyyədir, təsdiqlənə və ya səhv sayıla bilər, yeni bir fərziyyə və ya proqnozlaşdırılması qiymətləndirilə bilən bir model də deyil."


Təkamülçülər insanın ruhunun varlığını qəbul etmək istəmədikləri üçün insanı bir maddə yığınından ibarət olaraq görür, bu səbəbdən bu maddə yığınının bir yerinə bir şəkildə şüur isnad etməyə çalışırlar. Genlərə şüur isnad edəcək qədər əsassız bir iddia irəli sürmələri isə nə qədər çətin vəziyyətdə qaldıqlarının bir göstəricisidir. Qədimdən taxtadan və ya daşdan düzəlmiş bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstlərin yerini hal-hazırda molekullarda, bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu zənn edən təkamülçülər almışdır.


Bu batil inancın nəticəsi olaraq şiddət, cinsi təcavüz, zorakılıq, təcavüzkarlıq, qısqanclıq kimi xüsusiyyətlərin insanlara guya heyvan atalarından miras qaldığı və bu davranışların təkamülün təbii bir nəticəsi olduğu iddia edilir. Bu iddianın əsasında isə, insanın genlərdən ibarət bir maşın olduğu, genlərin isə sanki şüurlu bir varlıq kimi davamlı olaraq təkmilləşmə və həyatda qalma məqsədində olduğu şəklindəki təkamülçü bir batil inanc yatır.


Necə ki, bir kitabın “eqoist” olması, “özünü artırma yolu ilə çoxalmağı hədəfləməsi” və ya hər hansı bir şəkildə şüura sahib olması mümkün deyilsə, eyni vəziyyət DNT üçün də məqbuldur. Çünki, DNT şüursuz və cansız atomlardan ibarət olan bir molekul zənciridir və heç bir molekul ağıl və şüura sahib deyil. Ayrıca, israilli elm adamı Gerald L. Schroeder hüceyrənin bölünərək DNT-ni köçürməsi iddialarının əksinə eqoistcə deyil, fədakarca bir davranış olduğuna diqqət çəkir:


"Meyoz bölünmənin həll edilməyən istiqamətlərindən biri də hüceyrənin fədakar təbiətidir. Bir hüceyrənin niyə xromosomal məlumatının yarısından imtina edib istehsal olunacaq hüceyrənin özünün surəti ola bilməyəcəyinə təminat verən bir razılaşmaya öz istəyiylə qatılsın ki? Mən bu fədakarlığın özünü məhvə işarə etdiyini düşünürəm. Çünki bir valideynin xromosomlarının bir digərinin xromosomları ilə qarışdırması, valideyn uşaqda yenidən tam olaraq həyat tapa bilməyəcəyi üçün bir mənada özünün məhvdir. Tamamilə, eqoist olan bir hüceyrənin bu mövzuda da eqoist davranması heç də təəccüblü bir şey olmazdı ... Fərdin meyoz bölünmədən heç bir qazancı yoxdur."


Bu səbəbdən, eqoist gen iddiasının həqiqətlərlə bir əlaqəsi yoxdur və iddia xəyaldan başqa bir şey deyil. İnsanları heyvan olaraq xarakterizə edən, bir insanı yalnız genlərini daşımaqla və bir sonrakı nəslə köçürməklə məsul bir robot kimi görən darvinist düşüncə, XX əsrdə böyük bir artım göstərən şiddət hadisələrinin, soyqırımların, zalımlıqları, əxlaqi degenerasiyanın da ən böyük məsulu olmuşdur. Çünki bu cür dünyagörüşü bütün zalımlıqları, təcavüzkarlıqlara, əxlaqsızlığa guya elmi bir qanunilik qazandırmışdır. XX əsrin ən böyük qırğınlarını reallaşdıran Hitler belə, özünə darvinizmi dəstək kimi göstərmişdir. Saxta "üstün irq"dən başqa digər irqlərin yaşamalarına ehtiyac görməyən, onları öldürməyi heyvanları öldürməklə bir tutan Hitlerə zalımlığı və təcavüzkarlığı mövzusunda dəstək verən yenə darvinizm olmuşdur.


İnsanların genetik olaraq təcavüzkar, mərhəmətsiz, rəqabətçi, eqoist, qatil ola biləcəyini müdafiə edən darvinizm bütün cinayətləri qanuni göstərmək üçün istifadə edilən cəfəngiyatdır. Hər insan Allahın özünə bəxş etdiyi ruhu daşıyar və özünü yoxdan var edən Rəbbimizə qarşı məsuldur. Allah Quranda özünü özbaşına zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini belə bildirir:

İnsan öz başına və məsuliyyətsiz buraxılacağınımı güman edir? Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış (embrion) oldu və (Allah) onu yaratdı və bir surət verdi. "Beləcə ondan, erkək və dişi olmaqla iki cüt yaratdı. (Elə isə o Allah) ölüləri diriltməyə qadir deyildirmi? (Qiyamət surəsi, 36-40)

 

Nəticə
İdeoloji qayğılardan sıyrılıb təkamülçülərin tərəfli şərhlərindən müstəqil çalışan bir elm şübhəsiz sürətlə inkişafa başlayacaq. Məntiqin, ağlın və elmin göstərdiyi istiqamətdə həqiqətlər nəzərə alınmış olsa, canlılığın mənşəyi, "təsadüf" cəfəngiyatına yönəlmədən araşdırılsa, kainatın və canlılığın necə var olduğu sualına ən dəqiq və sürətli cavabın alınması da mümkün olacaq. Beləcə, həqiqi elmin önü açılacaq, elmi inkişaflar sürət qazanacaq, saxta dəlillər təqdim etmək üçün əmək, vaxt və pul xərclənməyəcək və elm, təsadüf kimi məntiqsiz, ziddiyyət dolu anlayışları, cəfəngiyatları müdafiə etmək kimi faydasız məqsədlərdən xilas olacaq. Bir ayədə Rəbbimiz belə buyurur:

"Və əlbəttə bizdən müsəlman olanlar da var, zülm edən də. (Allaha) təslim olanlar, artıq onlar həqiqəti və doğrunu araşdırıb-qovuşanlardır." (Cin surəsi, 14)