Canlı quruluşundakı məlumat və materializmin sonu

Təkamül nəzəriyyəsinin təməlində materialist fəlsəfə yatır. Materializm var olan hər şeyin yalnız maddə olduğu fərziyyəsinə əsaslanır. Bu fəlsəfə maddənin əzəldən bəri var olduğunu, həmişə var olacağını və maddədən başqa bir şey də olmadığını idda edir. Materialistlər bu iddialarına dəstək qazandırmaq üçün “reduksionizm” (kompleks hadisələrin daha asan qanunlarla izah edilə bilməsi) olaraq adlandırılan bir məntiq istifadə edirlər. Reduksionizm maddə kimi görünməyən şeylərin də əslində maddi faktorlarla açıqlanma düşüncəsidir.


Bunu açıqlamaq üçün zehin nümunəsini verək. Bilindiyi kimi, insanın zehni əllə tutulan, gözlə görülən bir şey deyil. Bundan başqa, insan beynində bir zehin mərkəzi də yoxdur. Bu vəziyyət bizi istər-istəməz, zehnin maddə-sonrası bir anlayış olduğu nəticəsinə aparır. Yəni, "mən" dediyimiz, düşünən, sevən, həyəcanlanan, sevinən, zövq alan, ya da acı çəkən varlıq, bir kreslo, bir masa və ya bir daş kimi maddi bir varlıq deyil.


Materialistlər isə zehnin “maddənin reduksionizmi” olduğu iddiasındadırlar. Materialist iddiaya görə, bizim düşünməli, sevməyimizin, sevinməyimiz və bütün digər zehni fəaliyyətlərimiz əslində beynimizdəki atomlar arasında meydana gələn kimyəvi reaksiyalardan ibarətdir. Bir insanı sevməyimiz beynimizdəki bəzi hüceyrələrdəki bir kimyəvi reaksiya, bir hadisə qarşısında qorxu duymaq bir başqa kimyəvi reaksiyadır. Məşhur materialist filosof Karl Vogt bu məntiqi "qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edir" şəklindəki ağıldankənar sözüylə ifadə etmişdir. Halbuki, əlbəttə öd mayesi bir maddədir, amma düşüncənin maddə olduğunu göstərəcək heç bir dəlil yoxdur.


Reduksionizm bir məntiq icrasıdır. Ancaq bir məntiq icrası doğru təməllərə də əsaslana bilər, səhv təməllərə də. Bu səbəblə, bizim üçün hal-hazırda əhəmiyyətli olan sual budur: Materializmin təməl məntiqi olan “reduksionizm” elmi məlumatlarla müqayisə edildikdə ortaya hansı nəticə çıxar?


XIX əsrin materialist elm adamları və ya mütəfəkkirləri bu suala asanlıqla "elm reduksionizmi təsdiqləyir" cavabının verilə biləcəyini zənn edirdilər. Amma XX əsr elmi ortaya çox fərqli bir həqiqət çıxarmışdır.
Bu həqiqət, təbiətdə var olan və əsla maddənin reduksionizmi ola bilməyən “məlumat”dır.

 

DNT  yalnız nuklein turşularının düzülməsindən ibarət deyil; məlumat daşıyıcısıdır
Canlıların DNT-lərində son dərəcədə əhatəli bir məlumat olduğuna əvvəlki hissələrdə toxunmuşduq. Millimetrin 100 mində biri qədər kiçik bir yerdə bir canlı bədəninin bütün fiziki hissələrini təsvir edən, sanki bir məlumat bankı vardır. Bununla yanaşı, canlı bədənində bir də bu məlumatı oxuyan, şərh edən və buna görə “istehsal” edən bir sistem mövcuddur. Bütün canlı hüceyrələrində DNT-də olan məlumat müxtəlif fermentlər tərəfindən oxunur və bu məlumata görə zülal istehsal edilir. Bədənimizdə hər saniyə lazım olan yer üçün, lazımlı növdə milyonlarla zülal istehsalı bu sistemlə reallaşır. Bu sistem sayəsində ölən göz hüceyrələrimiz yenə göz hüceyrələri, qan hüceyrələrimiz yenə qan hüceyrələri ilə yenilənirlər.


Bu nöqtədə materializmin iddiasını düşünək: Görəsən, DNT-dəki məlumat materialistlərin iddia etdiyi kimi maddəyə endirilirmi? Ya da, başqa sözlə, DNT-nin yalnız bir maddə yığını olduğu və ehtiva etdiyi məlumatın da maddənin təsadüfi qarşılıqlı  təsiri ilə ortaya çıxdığı qəbul edilə bilərmi?


XX əsrdə edilən bütün elmi araşdırmalar, təcrübə nəticələri və müşahidələr bu suala qətiliklə xeyr cavabı verilməli olduğunu göstərir. Çünki həyat yalnız maddədən ibarət deyil. Qabaqcıl məlumat nəzəriyyəçisi və biofizik Hubert Yockey "Bütün mesajlar kimi həyatın mesajı (genetik kod) da maddədən kənardır, amma bit və baytlar halında ölçülə bilən məlumat məzmununa malikdir." deyərkən, elm adamı Dean Overman bu mövzuda bunları söyləyir:


"Genetik kodu ehtiva etdiyi məlumat bütün məlumat və ya mesajlarda olduğu kimi maddədən ibarət deyil. Məna- kodun simvolları və ya əlifbasından qaynaqlanan bir xüsusiyyət deyil. Genetik koddakı mesaj və ya məna maddə xaricidir və fiziki və kimyəvi xüsusiyyətlərin reduksionizmi ola bilməz; materializm genetik koddakı mənanı açıqlamaz."


Professor Phillip Johnson isə mövzu ilə əlaqədar bunları dilə gətirir:
"Əvvəla, həyat yalnız maddədən meydana gəlməz, ancaq maddə və məlumatdan meydana gələr. İkincisi, informasiya maddənin reduksionizmi ola bilməz, lakin maddənin tamamilə fərqli bir növüdür. Buna görə bir həyat nəzəriyyəsi yalnız maddənin mənşəyini deyil, eyni zamanda məlumatın müstəqil mənşəyini də açıqlaya bilməlidir. Üçüncüsü, bir kitab və ya bioloji bir hüceyrənin içərisində olan ifadə olunan məlumat növü təsadüflə, ya da fiziki və kimyəvi qanunların istiqamətləndirməsiylə istehsal oluna bilməz."


Məlumat nəzəriyyəçisi Prof. Werner Gitt də In the beginning was information (Başlanğıcda məlumat vardı) adlı kitabında canlılığın yalnız maddə ilə açıqlana bilməyəcəyini belə ifadə edir:
"Maddə və enerji həyatın başlıca ehtiyaclarıdır, lakin bunlar canlı və cansız sistemlərin ayırd edilməsi üçün tətbiq edilə bilməzlər. Bütün canlı varlıqların ortaq xüsusiyyəti ehtiva etdikləri məlumatdır və bu məlumat bütün həyat prosesləri ilə əlaqəli istehsalı nizamlayar. Məlumatın köçürülməsi isə bütün yaşayan canlılarda əhəmiyyətli bir rol oynayar. Məsələn, bir böcək bir çiçəkdən digərinə tozcuq daşıyarkən, bu əvvəlcə bir məlumat daşınması əməliyyatıdır (genetik məlumat köçürülür); buna daxil olan həqiqi material isə əhəmiyyətli deyil. Məlumat həyat üçün lazımlı olmasına baxmayaraq, məlumat özlüyündə həyatın hamısını təsvir etmək üçün kifayət deyildir."


Genetik kodun maddədən kənar məlumat ehtiva etməsi, genetik kodla əlaqədar xəyali təkamül ssenarilərinin lap əvvəldən etibarsız olduğunu göstərir. Çünki, bu ssenarilər ən əvvəldən, maddənin öz-özünü təşkil edərək, genetik məlumatı və kodu meydana gətirdiyi ilk hesaba əsaslanır. Ancaq maddənin öz-özünə kod çıxarması mümkün olmadığına görə, genetik kodla əlaqədar bütün materialist şərhlər də mənasızdır.


Bundan əlavə, DNT-dəki genetik hərflərin düzülüşü həyat üçün çox əhəmiyyətlidir. Tək başına bir məna daşımayan nukleotidlər, xüsusi bir düzülüşlə düzülərək, mənalı məlumatlar daşıyan genləri meydana gətirirlər. DNT ehtiva etdiyi bu mənalı məlumatla təbiətdə görülən digər strukturlardan açıq-aşkar fərqlənir. Professor Phillip Johnson DNT-nin bu xüsusiyyətindən belə bəhs edir:


"... Necə ki, bir kompyuter proqramı və ya bir kitab üçün əhəmiyyətli olan, məlumatın yazıldığı fiziki mühit deyil, şəxsən məlumatın özüdür; DNT ilə əlaqədar əhəmiyyətli olan nöqtə də yazılışındakı kimyəvi maddələr deyil, məlumatdır. Bu nəhəng böyüklükdəki kompleks məlumat mövcud olana qədər maddələr mübadiləsi işləyə və çoxala bilməz."


Johnsonun yuxarıdakı sözlərində ifadə etdiyi kimi, kimyəvi maddələrin təsadüfi yan-yana gəlməsi, canlıların yaşaması və çoxalması üçün lazımlı şərtləri meydana gətirməz. Kimyəvi maddələr ancaq DNT-dəki kimi çox əhatəli və mənalı bir məlumatı meydana gətirəcək şəkildə yan-yana gətirilməlidir. Belə böyük bir iradəni atomlarda, molekullarda axtarmaq mümkün deyil. Bu məlumatın qaynağı hər şeyin məlumatına sahib olan, yerdə və göydə olan hər şeyi yaradan Uca Allahdır. Məşhur nəzəri fizik Paul Davies genetik məlumatın məna baxımından dəyərini belə izah edir:


"... Bioloji məlumatı fərqləndirən bir xüsusiyyəti mənalarla zəngin olmasıdır. DNT funksional bir orqanizm inşa etmək üçün lazımi məlumatları saxlayar; əvvəldən təyin olunmuş, xüsusi bir məhsul üçün bir alqoritm (izlənilən yol) və ya karbon surəti (eynilə özüdür)... genlər mütləq bir şey kodlaşdırır və simvollaşdırma edir. Burada həqiqi sirr olan, məlumatın sadəcə yaranması deyil, əslində keyfiyyətidir."


Paul Daviesin genetik məlumatın mənşəyini sirr kimi ifadə etməsinin səbəbi DNT-dəki məlumata materialist bir izah gətirilə bilməməsidir. Ancaq materializm bu gün yaradılış həqiqəti qarşısında növbəti dəfə yıxılmışdır. XX əsrin əhəmiyyətli elm filosoflarından kimyaçı Michael Polanyi isə DNT-dəki məlumat köçürməsinin da maddi bir şərhi ola bilməyəcəyini ifadə edir:


"Bir DNT molekulu inkişaf etməkdə olan bir hüceyrəyə məlumat nəql edir. Bənzər şəkildə, bir kitab da məlumat nəql edir. Ancaq məlumatın nəqli kimyəvi və ya fiziki prinsiplərə görə açıqlana bilməz. Digər bir sözlə, kitabın işləyişi kimyəvi terminlərə reduksionizm ola bilməz. DNT genetik məlumatın nəqliylə işlədiyi üçün DNT-nin funksiyası da kimya qanunlarıyla açıqlana bilməz."


Nəzəri fizik professor Jacob D. Bekenstein Scientific American jurnalında nəşr olunan "Holoqrafik kainatdakı məlumat" adlı məqaləsində məlumatın əhəmiyyətini bu sözlərlə dilə gətirir:
"Fiziki dünyanın nələrdən meydana gəldiyini hər hansı bir adamdan soruşsanız, sizə ehtimalla "maddə və enerji" deyəcəkdir. Ancaq əgər mühəndislikdən, biologiyadan və fizikadan bir şey öyrəndimsə, informasiya çox əhəmiyyətli bir ünsürdür. Avtomobil fabrikindəki robot metal və plastikdən ibarətdir; lakin hansı parçanı nəyə qaynaq edəcəyini və s. söyləyən çox sayda təlimat olmadan faydalı bir şey edə bilməz. Bədəninizdəki hüceyrə içində bir ribosom, amin turşusunun quruluş daşlarından meydana gəlir və ATF-nin ADP-ə çevrilməsindən ortaya çıxan enerjidən güc tapar. Lakin hüceyrə nüvəsindəki DNT-dən alınan məlumat olmadan zülal sintez edə bilməz. Eyni şəkildə, fizikada bir əsrlik nailiyyətlər bizə məlumatın fiziki sistemlərdə və proseslərdə çox əhəmiyyətli bir ünsür olduğunu öyrətmişdir."


Təkamülçülərin yazılarına baxdıqda, bəzən təkamül nəzəriyyəsinin canlılardakı məlumat qarşısında çıxılmaz vəziyyətdə olduğunu etiraf etdiklərini görərik. Bu mövzuda açıqsözlü nüfuzlulardan biri, Fransız zooloq Pierre-P. Grassedir. Grasse materialist və təkamülçü olmasına baxmayaraq, darvinist nəzəriyyəni etibarsız edən ən mühüm həqiqətin həyatı meydana gətirən məlumat olduğunu qəbul edir:
"Hər hansı bir canlı orqanizm, inanılmaz dərəcədə böyük bir "ağıl"a malikdir. Bu insanların ən böyük memarlıq əsərləri olan böyük kilsələri inşa etmək üçün istifadə etdiklərindən çox daha böyük bir ağıldır. Bu gün bu ağla "bilik" (informasiya) deyirik, amma məna elə eynidir. Bu məlumat bir kompyuterdə proqramlaşdırılmamışdır, amma kompyuterdəkindən çox daha dar bir yerə, DNT-dəki xromosomlara, ya da hər hüceyrədəki fərqli orqanoidlərə sıxışdırılmışdır. Bu "ağıl", həyatın "olmazsa, olmaz" şərtidir. Yaxşı, amma bunun qaynağı nədir? ... Bu həm bioloqları, həm də filosofları maraqlandıran bir sualdır və elm bunu əsla həll edə bilməyəcək vəziyyətdədir."


Pierre-P. Grassenin "elmin bu sualı əsla cavablaya bilməyəcək kimi qaldığını" söyləməsinin səbəbi materialist olmayan heç bir şərhi elmi saymaq istəməməsidir. Halbuki, şəxsən elmin özü materialist fəlsəfənin fərziyyələrini etibarsız edir və bir Yaradıcının varlığını isbat edir. Grasse və ya digər materialist elm adamları bu həqiqət qarşısında ya gözlərini bağlayırlar, ya da "elm bunu açıqlaya bilmir" deyirlər. Çünki "əvvəl materialist, sonra elm adamı"dırlar və elm əksini isbat etsə də, materializmə inanmağa davam edirlər.


DNT ilə əlaqədar bu təəccüblü həqiqət - genetik məlumatın maddə və enerjiylə ya da təbiət qanunları ilə qətiyyən açıqlanmaması -təkamül nəzəriyyəsinin qarşısında aşılmaz bir əngəl olaraq dayanmağa davam edəcək. Alman Federal Fizika və Texnologiya İnstitutunun rəhbəri Prof. Dr. Werner Gitt bu mövzuda bunları söyləyir:
"... Məlumat hər şeyin əsasında olan bir anlayış olduğu üçün maddənin xüsusiyyəti ola bilməz, bu səbəblə mənşəyi də maddi bir müddətlə açıqlana bilməz ... Məlumatın əsas kəmiyyəti, maddi olmayan (zehni) bir mövcudluqdur. Maddənin bir xüsusiyyət deyil, bu səbəblə mütləq maddi proseslər təməldə məlumatın qaynağı olaraq qəbul edilməzlər ... Maddənin məlumat əmələ gətirə biləcəyini təmin edəcək heç bir bilinən təbiət qanunu, fiziki proses ya da maddi hadisə yoxdur ..."


Werner Gitt başqa bir sözündə isə məlumatın ancaq yaradılaraq var ola biləcəyini ifadə edir:
"Bioloji məlumat ... çox yüksək saxlama sıxlığı olduğu üçün digər sistemlərdən fərqlidir və bu səbəblə, inanılmaz dərəcədə mahir anlayışlar ehtiva edir ... Yaşayan orqanizmlərdə mövcud məlumatın, ağıllı bir qaynağa ehtiyac duyduğu açıqdır. İnsan bu qaynaq ola bilməz və bundan ötəri tək ehtimal bunların bir Yaradıcısı olduğudur."


Werner Gittin sözləri eyni zamanda son 20-30 il içində inkişaf edən və termodinamikanın bir parçası olaraq qəbul edilən informasiya nəzəriyyəsinin çatdığı nəticələrdir. Məlumat nəzəriyyəsi kainatdakı məlumatın quruluşunu və mənşəyini araşdırır. Məlumat nəzəriyyəçilərinin uzun araşdırmaları sayəsində gəlinən nəticə isə budur: "Məlumat maddədən ayrı bir şeydir. Maddənin əsla reduksionizmi ola bilməz. Məlumatın və maddənin qaynağı ayrı-ayrı araşdırılmalıdır."


DNT-dəki məlumatın qaynağı isə materialistlər üçün əsla keçilməz bir maneədir. DNT molekulunda kodlaşdırılmış məlumatın mənşəyinin hər hansı bir təbii mexanizm ilə açıqlanması mümkün deyil. Bütün müşahidə və təcrübələr məlumatın ancaq şüurlu bir varlıqdan gəldiyini göstərir. DNT-dəki məlumat isə bütün canlılığı yaradan Uca Allahın əsəridir. Quranda Rəbbimizin yaratma sənəti və sonsuz qüdrəti bu şəkildə açıqlanır:

Budur sizin Rəbbiniz olan Allah, budur. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısıdır. Elə isə Ona ibadət edin. O, hər şeyə vəkildir. Gözlər Onu idrak edə bilməz; O isə bütün gözləri idrak edər. O, Lətif, hər şeydən Xəbərdardır.
(Ənam surəsi, 102-103)

 

Təbiətdəki məlumatın qaynağı
Elmin ortaya çıxardığı bu nəticəni təbiətə tətbiq etdikdə isə çox əhəmiyyətli bir nəticə ilə qarşılaşırıq. Çünki təbiət DNT nümunəsində olduğu kimi, böyük bir məlumatla doludur və bu məlumat maddənin reduksionizmi ola bilinməyəcəyinə görə maddə-sonrası bir qaynaqdan gəlir.


Təkamül nəzəriyyəsinin günümüzdəki ən qabaqcıl müdafiəçilərindən biri olan Corc C. Williams bir çox materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti qəbul edir. Williams materializmi uzun illər boyu qatı bir şəkildə müdafiə etmişdir, amma 1995-ci il tarixli bir yazısında hər şeyin maddə olduğunu fərz edən materialist  yanaşmanın səhvini belə ifadə edir:
"Təkamülçü bioloqlar iki fərqli sahə üzərində işləməkdə olduqlarını indiyə qədər fərq edə bilmədilər; bu iki sahə maddə və məlumatdır ... Bu iki sahə "reduksionizm" olaraq bildiyimiz düsturla əsla bir araya gətirilə bilməz  ... Genlər bir maddi obyekt olmaqdan çox bir məlumat paketidir ... Biologiyada genlər, genotip və gen hovuzları kimi anlayışlardan bəhs edərkən informasiya haqqında danışmış olarsınız, fiziki obyektlər haqqında deyil ... Bu vəziyyət məlumatın və maddənin yaranmasının iki fərqli sahəsi olduğunu göstərir və bu iki fərqli sahənin mənşəyi də ayrı-ayrı araşdırılmalıdır."

XX əsrdə elm DNT-dəki məlumatın materialistlərin iddia etdiyi kimi, maddənin reduksionizmi ola bilməyəcəyini ortaya çıxarmışdır. Bu səbəbdən, təbiətdəki məlumatın qaynağı da materialistlərin düşündüyünün əksinə, maddənin özü ola bilməz. Məlumatın qaynağı maddə deyil, maddə-sonrası üstün bir ağıldır. Bu ağıl maddədən əvvəl vardır. Maddə onunla var olub, onunla şəkil tapıb və formalaşıb. Bu ağlın sahibi bütün aləmlərin Rəbbi olan Allahdır. Canlıların mənşəyində yer alan bu fövqəladə məlumat materialist fəlsəfəni tənəzzül etdirərək aləmlərin Rəbbi olan Allahın açıq-aşkar varlığına saysız dəlillər təqdim edir.